
Bakı.Trend:
Nəsimi rayonunda ictimai nəqliyyatda “Iphone” markalı mobil
telefon oğurlanıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.
Bildirilib ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının
keçirdikləri tədbirlərlə cibgirlik əməlində şübhəli bilinən,
əvvəllər məhkum olunmuş 40 yaşlı Şəmsi Məmmədov müəyyən edilərək
saxlanılıb.
Onun Yasamal rayonu ərazisində də analoji əməllər törətdiyi
məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

