Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)
investisiya portfelinin dəyəri 73,515 milyard ABŞ dolları təşkil
edib.

Trend bu
barədə fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 11,1 milyard
ABŞ dolları və ya 17,7% artım deməkdir.

Hesabat dövrünə ARDNF-nin investisiyalarının 71,1%-i və ya
52,239 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünə
nisbətən 5 faiz bəndi çoxdur.




Eyni zamanda fondun investisiya portfelində avronun payı bir il
əvvəlki göstərici ilə müqayisədə 21,4%-dən 16,9,5%-ə və ya 10,845
milyard avroya enib.

İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,8% və
ya 2,660 milyard funt sterlinq təşkil edib ki, bu da illik
müqayisədə 0,3 faiz bəndi azdır.

Həmçinin bu ilin aprelin 1-nə ARDNF-nin investisiya portfelində
Çin yuanının payı 0,2 faiz bəndi azalaraq 2,3% (11,276 milyard),
Yapon yeninin payı dəyişməyərək 1,3% (154,867 milyon), digər xarici
valyutaların payı isə eyni səviyyədə qalaraq 3,6% (2,690 milyard
dollar ekvivalentində) təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir