Dövlət qurumunda əməliyyat: saxlanılanlar var

Baş səhifə

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ və Cəbrayıl rayon şöbələrində əməliyyat keçirib.

Modern.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində bir neçə nəfər saxlanılıb.

Şöbə əməkdaşları korrupsiya cinayətlərində ittiham olunurlar.

Hazırda saxlanılan şəxslərin adlarını dəqiqləşdirilir.

Əlavə məlumat veriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir