
Bakı. Trend:
Bakıda məktəblərdə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya
Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ilə bağlı yaz
tətilinin vaxtı dəyişdirilib.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat
verilib.
Məlumata görə, elm və təhsil naziri Emin Əmrullayev bununla
bağlı əmr imzalayıb.
Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları
və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may
tarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami
rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında
fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində
dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada
keçiriləcək.
Eyni zamanda, Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali
təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant
(məsafədən) formada təşkili əmrdə qeyd olunur.

