Xaçmazın Xanoba kəndində sakinlərin müraciətləri ilə bağlı konkret tapşırıqlar verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yerli
hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Xanoba kəndində səyyar qəbul keçirib.

Qəbulda Yalama İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil
olan Xanoba, Yalama, Düztahiroba, Ortaoba, Səlimoba, Ukuroba,
Yaquboba və Zuxuloba kəndlərinin sakinləri iştirak edib.

Səyyar qəbuldan əvvəl rayon rəhbərliyi Xanoba kəndində şəhid
Seymur Şıxvərdi oğlu Ramazanovun büstü önünə gül dəstələri düzərək
şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib.




Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər.
Həmçinin sənədsiz evlərin qazlaşdırılması, yolların təmiri,
elektrik təsərrüfatının yenilənməsi, rabitə, internet və körpələr
evi-uşaq bağçasında əlavə qrupların açılması ilə bağlı müraciətlər
səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev sakinlərin arzu
və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar
verib. Bir çox müraciət yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya
minnətdarlıqlarını ifadə ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir