Bakıda yanğın olan məktəbdə yoxlama aparılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Milli Preventiv Qrupunun üzvləri tərəfindən Bakıda yerləşən 3
nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinə plandankənar
başçəkmə həyata keçirilib.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə
Əliyevanın tapşırığına əsasən, Elm və Təhsil Nazirliyinin Bakı
şəhərində yerləşən 3 nömrəli internat tipli xüsusi ümumtəhsil
məktəbində baş vermiş yanğın hadisəsi ilə əlaqədar Milli Preventiv
Qrupunun üzvləri tərəfindən həmin müəssisəyə plandankənar başçəkmə
həyata keçirilib.

Başçəkmə zamanı uşaqların sağlamlıq, o cümlədən təhlükəsiz və
sağlam şəraitdə yaşamaq hüquqlarının təmini məsələləri yerində
araşdırılıb.




Milli Preventiv Qrup üzvləri tərəfindən uşaqlarla fərdi qaydada
söhbətlər aparılıb, onların vəziyyəti ilə maraqlanılıb, narahatlıq
doğuran məsələlər öyrənilib.

Müəssisə rəhbərliyi və aidiyyəti əməkdaşlarla da görüş
keçirilərək baş vermiş hadisənin səbəbləri və nəticələrinin aradan
qaldırılması istiqamətində görülmuş tədbirlər barədə məlumatlar
əldə edilib.

Qeyd edilib ki, məsələ Ombudsman tərəfindən nəzarətdə
saxlanılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir