De Yonq “Barselona”nın tarixinə düşdü

Baş səhifə

Bakı. Trend:

“Barselona” İspaniya La Liqasının 33-cü turunda doğma meydanda “Selta”nı 1:0 hesabı ilə məğlub edib.

Trend xarici
mediaya istinadən xəbər verir ki, qarşılaşma Frenki de Yonq üçün
əlamətdar olub. 28 yaşlı yarımmüdafiəçi Kataloniya təmsilçisinin
heyətində 293-cü oyununu keçirib.




De Yonq “Barselona”nın heyətində ən çox matça çıxan niderlandlı
futbolçu olub. Təcrübəli oyunçu 292 görüşdə iştirak edən Filip
Kokunu geridə qoyub.

Qeyd edək ki, Frenki de Yonq 2019-cu ildən “Barselona”da çıxış
edir. Niderland millisinin üzvü La Liqa nəhənginin forması ilə 20
qol vurub, 31 məhsuldar ötürmə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir