Tramp İranla münaqişəyə son qoymaq üçün tələsmədiyini bildirib

Baş səhifə

Bak. Trend:

ABŞ prezidenti Donald Tramp İranla hərbi münaqişəyə təcili son
qoymaq üçün ehtiyac hiss etmədiyini bildirib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti “X” sosial şəbəkəsində
yazıb.




Onun sözlərinə görə, onun müharibəni guya mümkün qədər tez
bitirməyə çalışdığı fikri həqiqətə uyğun deyil. Tramp təzyiqə boyun
əyməyəcəyini və tələsmədən hərəkət etməyə hazır olduğunu
vurğulayaraq, ABŞ-ın kifayət qədər vaxtı olduğunu, İranın isə xeyli
az vaxtının olduğunu qeyd edib.

O, həmçinin əlavə edib ki, mümkün razılaşma yalnız ABŞ,
müttəfiqləri və bütövlükdə beynəlxalq ictimaiyyət üçün məqsədəuyğun
və faydalı olduğu sübut olunarsa əldə ediləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir