
Bakı. Trend:
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinə yekun
vurulub.
Trend-in
məlumatına görə, bununla da yarımfinalın bütün iştirakçıları məlum
olub.
Son olaraq, “Trabzonspor” və “Beşiktaş” komandaları mərhələ
adlayıblar. Qaradəniz təmsilçisi əsas və əlavə vaxtı qolsuz başa
çatan matçın penaltilər seriyasında “Samsunspor”u üstələyib.
İstanbul klubu isə “Alanyaspor”a 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, daha əvvəl “Konyaspor” və “Gənclərbirliyi”
yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda “Trabzonspor” “Gənclərbirliyi” ilə, “Beşiktaş” isə “Konyaspor”la
qarşılaşacaq.

