
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə
ehtimalını istisna etdiyini bildirib.
Trend-in
məlumatına görə, bu barədə Donald Tramp Ağ Evdə jurnalistlərə
açıqlamasında bildirib.
Jurnalistlərin sualını cavablandırarkən, o, bunu yersiz
adlandırdı və ABŞ-nin belə bir addım üçün heç bir əsasının
olmadığını vurğulayıb.
D. Tramp qeyd edib ki, prinsipcə nüvə silahları heç bir ölkə
tərəfindən istifadə edilməməlidir.

