Gürcüstanın keçmiş müdafiə həbs edildi

Baş səhifə

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladzeyə 10 il müddətinə həbs cəzası verib. O, çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinib.

Modern.az xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.

“Məhkəmə keçmiş müdafiə naziri Cuanşer Burçuladzeni, onun keçmiş müavini Georgi Xayndravanı, Burçuladzenin həyat yoldaşının kürəkəni Vasil Mxeidzeni və Müdafiə Nazirliyinin satınalma şöbəsinin keçmiş rəisi Vladimir Quduşaurini təqsirli bilib”, – deyə məlumatda bildirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir