Qobustanda qazıntı işləri zamanı torpaq qatı çöküb – Ölən var

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində
vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.

Nazirlikdən Trend-ə bildirilib ki, məlumatla əlaqədar hadisə
yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından
Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qazıntı
işləri aparılan zaman torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın
torpaq qatının altında qaldığı müəyyən olunub.




Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı
nəticəsində bir nəfər (kişi cinsli) xilas edilib, bir nəfərin (kişi
cinsli) meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir