Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı (FOTO)

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq
qərarı ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus
“Zaqatala” gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə
məxsus “Şuşa”, “Qarabağ”, “Xankəndi” və “Zəngəzur” gəmilərinə
tətbiq edilmiş sanksiyalar ləğv olunub.

Bu barədə Trend-a
ASCO-dan məlumat verilib.

Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya
siyahısından çıxarılıb.




Məsələnin müsbət həlli Azərbaycan Respublikası Prezident
Administrasiyası, Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi, ASCO, eləcə də SOCAR tərəfindən koordinasiyalı
şəkildə həyata keçirilmiş diplomatik və hüquqi fəaliyyət
nəticəsində mümkün olub.

Qeyd edək ki, sözügedən gəmilər çarter müqavilələri əsasında
üçüncü tərəflərə uzunmüddətli icarəyə verilmiş, onların istismarı
isə beynəlxalq qaydalara, o cümlədən beynəlxalq sanksiya
tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdi. Qəbul olunmuş
qərar beynəlxalq hüquq normalarına əsaslanan obyektiv yanaşmanın və
konstruktiv dialoqun nəticəsi kimi qiymətləndirilir.

ASCO gəmiçilik sahəsində beynəlxalq fəaliyyət göstərən dövlət
şirkəti kimi bundan sonra da fəaliyyətini ölkə qanunvericiliyinə,
beynəlxalq hüquq normalarına və beynəlxalq sanksiya rejimlərinə
ciddi riayət etməklə davam etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir