
Bakı.Trend:
Bakıda II Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və
logistika forumunun ikinci günü öz işinə başlayıb.
Trend xəbər verir
ki, forumun ikinci günündə aşağıdakı mövzular müzakirə olunur: əsas
boru kəmərlərinin — CPC, BTC, Bakı–Supsa və digərlərinin mövcud
gücləri və faktiki ötürmə həcmlərinin icmalı; Orta Dəhliz —
Zəngəzur dəhlizinin mümkün açılmasından sonra gözlənilən logistika
dəyişiklikləri; tranzit müddətinin azaldılması tədbirləri
(rəqəmsallaşma prosesləri, gömrük prosedurlarının unifikasiyası,
dəmir yollarının modernləşdirilməsi, donanmanın və vaqon parkının
yenilənməsi); Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun
modernləşdirilməsinin statusu; liman gücləri və inkişafı — Ələt və
Dübəndi (Azərbaycan), Aktau və Kurık (Qazaxıstan), Poti, Batumi və
Kulevi (Gürcüstan); yük axınlarının artımına hazırlıq; Özbəkistanın
logistika habı kimi rolu — Çin və Cənubi Asiya ilə ticarətdə
formalaşan mövqeyi və digər məsələlər.
Qeyd edək ki, forumun gündəliyi dəyişən qlobal mühit şəraitində
nəqliyyat və infrastruktur, maliyyə aspektləri və sövdələşmələr,
eləcə də ticarət strategiyaları daxil olmaqla əsas istiqamətləri
əhatə edir.
Xəbər yenilənəcək

