ABŞ İranın Hörmüzdəki obyektlərinə zərbə planlaşdırır

Baş səhifə

Bakı.Trend:

ABŞ atəşkəs rejiminin pozulacağı təqdirdə, İranın Hörmüz
boğazındakı müdafiə obyektlərinə zərbələrin endirilməsi ilə bağlı
planlar hazırlayır.

Trend xəbər verir
ki, bu barədə CNN telekanalı öz mənbələrinə istinadən məlumat
yayıb.

Məlumata görə, nəzərdən keçirilən hədəf variantları arasında
İranın Hörmüz boğazı, Fars körfəzinin cənub hissəsi və Oman
körfəzinin yaxınlığındakı obyektlərinə dinamik hədəflənmiş zərbələr
yer alır.

“Söhbət Tehrana bu mühüm su yollarını effektiv şəkildə bağlamağa
imkan verən kiçik sürətli hücum katerləri, mina döşəyən gəmilər və
digər assimetrik vasitələrə qarşı potensial hücumlardan gedir”,-
materialda qeyd olunur.




Telekanal qeyd edir ki, ABŞ hərbçiləri İranı danışıqlar masasına
əyləşdirməyə cəhd çərçivəsində “ikili təyinatlı” obyektlərə və
enerji infrastrukturu daxil olmaqla digər infrastruktur hədəflərinə
zərbələri də nəzərdən keçirir.

Bundan əlavə, ABŞ rəsmilərinin iddiasına görə, hərbi plan
tərtibatçıları danışıqları fəal şəkildə pozan ayrı-ayrı iranlı
hərbi liderlərə mümkün zərbə variantını da hazırlayıblar.
Bildirilir ki, potensial hədəflər sırasında İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı da yer alır.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran
təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa
çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı
tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir