
Bakı.Trend:
Kulevi neft terminalının gücünün genişləndirilməsi və yeni
texnologiyaların tətbiqi planlaşdırılır.
Trend xəbər verir
ki, bunu Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya regionlarında
neft ticarəti və logistika forumda “SOCAR Georgia Black Sea
Terminal” şirkətinin neft terminalının baş direktoru İsmayıl
Kərimov bildirib.
Onun sözlərinə görə, 2006-cı ildən fəaliyyət göstərən terminalda
yüklərin aşırılmasının səmərəliliyini artırmaq və əlavə müştərilər
cəlb etmək üçün yeni texnologiyaların və avtomatlaşdırılmış
sistemlərin tətbiqi nəzərdə tutulur.
“Əsas planlar sırasında terminalın bütün ərazisində
işıqlandırmanın modernləşdirilməsi layihəsinin başa çatdırılması
var ki, bu da iş şəraitini və əməliyyat səmərəliliyini
yaxşılaşdırmalıdır. Bundan əlavə, yaxın vaxtlarda SGS şirkətinin
laboratoriyasının birbaşa terminal ərazisində istifadəyə verilməsi
gözlənilir. Bu, hazırda nümunələrin Batumiyə göndərilməsi
səbəbindən 8–9 saat çəkən analiz müddətini 1–2 saata qədər
azaltmağa imkan verəcək”, – baş direktor bildirib.
İ.Kərimov həmçinin, hər birinin tutumu 20 min kubmetr olan dörd
yeni rezervuarın tikintisi planları barədə məlumat verib.
“Ümumi investisiya həcmi təxminən 25 milyon dollar təşkil edəcək
, bununla belə layihə tam şəkildə terminalın öz vəsaiti hesabına
maliyyələşdiriləcək. İcra müddəti təxminən bir il yarım
qiymətləndirilir”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, bu təşəbbüslərin həyata keçirilməsi
terminalın Orta Dəhlizdə mövqelərini gücləndirməyə və gələcəkdə
aşırma həcmlərini artırmağa imkan verəcək.
Onun sözlərinə görə, 2006-cı ildən fəaliyyət göstərən terminalda
yüklərin aşırılmasının səmərəliliyini artırmaq və əlavə müştərilər
cəlb etmək üçün yeni texnologiyaların və avtomatlaşdırılmış
sistemlərin tətbiqi nəzərdə tutulur.

