ABŞ-də güclü meşə yanğınları: 90-a yaxın ev kül olub

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin Corciya ştatında son iki gün ərzində meşə yanğınları
nəticəsində 90-a yaxın ev yanaraq kül olub.

Trend xəbər verir
ki, bu barədə “АВС News” telekanalı məlumat yayıb.

Məlumata görə, hava şəraitinin quru və isti olması, eləcə də
şiddətli küləklər alovun daha geniş ərazilərə yayılmasına təsir
edir. Yanğınsöndürənləri yanğın ocaqlarını söndürməkdə acizdir.




Ən güclü yanğın ocağı 13,7 min hektar sahəni əhatə edir. Alovun
radiusu genişləndiyindən 1000-ə yaxın yaşayış evi və digər binalar
təhlükə altındadır. Fəlakət zonasından minlərlə insan təxliyə
olunur.

Ölən və yaralılar barəsində hələlik məlumat daxil olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir