
“Meta” səmərəliliyi artırmaq və əhəmiyyətli süni intellekt xərclərini kompensasiya etmək üçün işçi qüvvəsinin 10%-ni və ya təxminən 8000 nəfəri ixtisar etməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Qeyd edilir ki, ixtisarlar mayın 20-də başlayacaq.
“Meta” həmçinin doldurmağı planlaşdırdığı 6000 vəzifə üçün işə qəbul elan etməyəcək.

