
Bakı. Trend:
Aprelin 24-də “Xalq Bank” əməkdaşları Müşfiqabad qəsəbəsində
təşkil olunan növbəti ağacəkmə kampaniyasında iştirak etdi.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü
ildönümünə həsr edilmiş aksiya Azərbaycan Respublikasının Mərkəzi
Bankı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Banklar
Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan
Mikromaliyyə Assosiasiyası, Azərbaycan Kapital Bazarları
Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında
imzalanmış 13 mart 2023-cü il tarixli “Anlaşma Memorandumu”
əsasında həyata keçirilmişdir. Layihə çərçivəsində 2023-cü ildən
başlayaraq 10 il ərzində hər il 100 000 ağac olmaqla, ümumi olaraq
1 milyon ağac əkilməsi nəzərdə tutulmuşdur.
Aksiyada iştirak “Xalq Bank”ın ekoloji balans və ətraf mühitin
qorunması, dayanıqlı inkişafın dəstəklənməsi istiqamətində həyata
keçirdiyi fəaliyyətlərin tərkib hissəsidir.

