
Bakı.Trend:
Orta Dəhlizin əhəmiyyətinin artması ilə Mərkəzi Asiya və Qafqaz
ölkələri üçün əhəmiyyətli imkanlar açılır.
Trend xəbər verir
ki, bu barədə Bakıda keçirilən II Xəzər və Mərkəzi Asiya
regionlarında neft ticarəti və logistika üzrə forumda “Dentons”
şirkətinin bank və maliyyə hüququ üzrə tərəfdaşı Tim Stabbs
bildirib.
“Beləliklə, son bir il ərzində, demək olar ki, dəyişikliklərin
görünməmiş sürətini və qeyri-müəyyənliyi müşahidə etmişik. Əvvəllər
investor, operator və ya maliyyəçi kimi gündəlik fəaliyyətinizdə
tətbiq etdiyiniz adi ehtiyatlılıq kifayət edirdisə, indi risk
səviyyəsi artıb. Nəticədə, siz bu riskləri sözün əsl mənasında real
vaxt rejimində, gündəlik olaraq izləməyə və onlara uyğunlaşmağa
məcbur qalırsınız. Xəbər başlıqlarına nəzər salsaq, neft
qiymətlərinin gah artdığını, gah da azaldığını görərik. Bu gün
haradasa Fars körfəzində bombalar düşə bilər. Bütün bunlar xüsusilə
inkişaf etməkdə olan bazarlar , o cümlədən Qafqaz və Mərkəzi Asiya
kimi regionlar üçün zəncirvari təsirlər yaradır. Bu riskləri
anlamaq və onlara real vaxtda reaksiya vermək son dərəcə vacibdir”,
– deyə o bildirib.
Stabbs qeyd edib ki, risklərlə yanaşı yeni imkanlar da
yaranır.
“Hazırda biz Orta Dəhlizin əhəmiyyətinin artması ilə əlaqədar
Mərkəzi Asiya və Qafqaz ölkələri üçün açılan mühüm potensialı
görürük”, – deyə o əlavə edib.

