Əraqçi Pakistana səfər edəcək

Baş səhifə

İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən heyət Pakistana səfər edəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə IRNA məlumat yayıb.

Məlumata görə, Abbas Əraqçi cümə günü axşam saatlarından etibarən İslamabad, Məsqət və Moskvanı əhatə edən regional səfərə yola düşəcək.

Bildirilib ki, səfərin məqsədi ikitərəfli məsləhətləşmələrin aparılması, regionda baş verən cari hadisələrin müzakirəsi və son müharibə ətrafında fikir mübadiləsinin aparılmasıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir