ABŞ Hörmüz məsələsində Avropaya güvənmir – Heqset

Baş səhifə

Bakı. Trend:

ABŞ səriştəli və sadiq olan müttəfiqlərə layiqdir və Hörmüz
boğazı ilə bağlı vəziyyətin tənzimlənməsi məsələsində Avropaya
güvənmir.

Trend xəbər verir
ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset Pentaqonda “Epic Fury”
əməliyyatı ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

“Biz Avropaya güvənmirik, lakin Hörmüz boğazı onlara bizdən
qat-qat daha çox lazımdır və bəlkə də onlar daha az danışmağa və
Avropada daha az dəbli konfranslar təşkil etməyə başlamalıdırlar.
Bu, bizdən çox onların mübarizəsidir”, – deyə Heqset bildirib.




Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir