İsveçrədə Azərbaycanın biznes və investisiya potensialı tanıdılıb

Baş səhifə

Bakı. Trend:

Sürixdə təşkil olunan Azərbaycanda investisiya imkanlarına dair
tədbirdə ölkəmizin işgüzar mühiti barədə məlumat verilib,
tərəfdaşlıq potensialı müzakirə olunub.

Trend bu
barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, İsveçrənin paytaxtı Sürix şəhərində İqtisadiyyat
Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO
və İsveçrənin Birgə Ticarət Palatasının (JCC) dəstəyi, Azərbaycanın
Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatının
təşkilatçılığı ilə ölkəmizdə investisiya imkanları mövzusunda
tədbir keçirilib. Tədbirdə rəsmi şəxslər və İsveçrənin enerji,
inşaat, mühəndislik, logistika, informasiya texnologiyaları,
maliyyə, səhiyyə və s. sektorlarda fəaliyyət göstərən şirkətlərinin
nümayəndələri iştirak ediblər.




Tədbirdə Azərbaycanın İsveçrədə səfiri Fuad İsgəndərov bu ölkə
ilə ikitərəfli ticarət və investisiya əlaqələrinin cari vəziyyəti,
inkişaf perspektivləri barədə çıxış edib.

Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi
Nemət Nağdəliyev ölkəmizin işgüzar mühiti, sənaye zonaları, Ələt
azad iqtisadi zonası, tranzit-logistika potensialı, eləcə də
işğaldan azad edilmiş ərazilərdə investorlar üçün yaradılan
fürsətlər barədə məlumat verib.

Tədbir çərçivəsində Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə
ticarət nümayəndəsinin aparatı ilə İsveçrə ticarət palataları,
assosiasiyaları və şirkətləri arasında görüşlər keçirilib,
əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir