TƏBİB: Səhiyyə sistemi yeni inkişaf mərhələsinə keçib

Baş səhifə

Bakı. Trend:

Son illər səhiyyə sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub
və bu inkişaf özünü bir neçə istiqamətdə aydın şəkildə
göstərməkdədir.

Trend xəbər
verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və
kommunikasiya departamentinin rəhbəri Elnur Hidayətoğlu
jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə ilk növbədə, əhalinin sağlamlığının
qorunması və keyfiyyətli, əlçatan tibbi xidmətlərin təmin olunması
istiqamətində mühüm addımlar atılıb:




“Bu kontekstdə xüsusilə vurğulamaq lazımdır ki, icbari tibbi
sığorta çərçivəsində xidmətlər zərfi genişləndirilib və nəticə
etibarilə vətəndaşlara göstərilən xidmətlərin həcmində əhəmiyyətli
artım qeydə alınıb.

Məhz buna görə də infrastrukturun yenilənməsi və tibb
müəssisələrinin müasir tibbi avadanlıqlarla təmin olunması
istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. TƏBİB-in
tabeliyində olan tibb müəssisələrində hər il milyonlarla vətəndaşa
ambulator, stasionar və cərrahi tibbi xidmətlər göstərilir”, – o
qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir