“Formula 1” Türkiyəyə qayıdır

Baş səhifə

Bakı. Trend:

Türkiyə Qran-prisi 2027-ci il mövsümündən etibarən yenidən
Formula 1 Dünya Çempionatı təqviminə daxil ediləcək.

Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə respublika
prezidentinin administrasiyası məlumat verib.




“Türkiyə Qran-prisinin Formula 1 təqviminə qayıdışı ölkəmizin
idmana olan ehtirasının və inamının qələbəsidir. Ən azı növbəti beş
il ərzində Istanbul Park trasında keçiriləcək yarışlar İstanbulun
beynəlxalq mövqeyini möhkəmləndirəcək və ölkəmizin regionda
təhlükəsiz məkan olduğunu göstərəcək”,- deyə Türkiyə prezidenti
Recep Tayyip Erdoğan bildirib.

Layihənin təqdimatı aprelin 24-də İstanbulda baş tutub. Tədbir
çərçivəsində “Formula-1” bolidi şəhər küçələrində nümayiş yürüşü
həyata keçirib. Müqavilə beş il müddətinə — 2027-ci ildən 2031-ci
ilə qədər bağlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir