
Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanla Ukrayna arasında
ticarət əməliyyatlarının həcmi 114,758 milyon ABŞ dolları təşkil
edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə
müqayisədə 3,5 milyon ABŞ dolları və ya 3% azdır.
Bu ilin yanvar-mart aylarında Azərbaycandan Ukraynaya 45,7
milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni
dövrü ilə müqayisədə 7,7 milyon ABŞ dolları və ya təqribən 14,5%
azdır.
Dövr ərzində Ukrayana ixrac əməliyyatlarının 42,7 milyon
dollarlıq hissəsini qeyri-neft məhsulları təşkil edib ki, bu da
ötən ilin ilk 3 ayındakı göstərici ilə müqayisədə 8,3 milyon ABŞ
dolları və ya 16,3% azalma deməkdir. Azərbaycanın ümumi qeyri-neft
məhsulları ixracında Ukraynaya qeyri-neft məhsullarının ixracı
4,96% paya malik olub. Bununla da Ukrayna hesabat dövründə
Azərbaycanın ən çox qeyri-neft məhsulları ixracında 5-ci yerdə
qərarlaşıb.
Hesabat dövründə Azərbaycan Ukraynadan 69,013 milyon ABŞ dolları
dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin
eyni dövrü ilə müqayisədə 4,2 milyon ABŞ dolları və ya 6,5% artım
deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici
ölkələrlə 9,407 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı
aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,642 milyard dollar və
ya 21,9% azdır.
Xarici ticarət dövriyyəsinin 5,402 milyard ABŞ dolları ixracın,
4,005 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 984 milyon dollar və ya 15,4%, idxal isə 1,658 milyard dollar
və ya 29,3% azalıb.
Yekunda xarici ticarətdə 1,398 milyard dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 675 milyon dollar və ya 1,9 dəfə
çoxdur.

