
Bakı. Trend:
Amerika Birləşmiş Ştatları İranla əlaqəli 344 milyon dollar
dəyərində kriptovalyuta cüzdanlarını dondurur və Tehranın “pul
vəsaitlərini yaratmaq, köçürmək və geri qaytarmaq” imkanından
məhrum edilməsi üçün tədbirləri davam etdirəcək.
Trend xəbər verir ki, bunu
ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib.
Bessentin sözlərinə görə, ABŞ Maliyyə Nazirliyinin Xarici
Aktivlərə Nəzarət İdarəsi İranla əlaqəli çoxsaylı elektron
cüzdanlara qarşı sanksiyalar tətbiq edir ki, bu da 344 milyon
dollar dəyərində kriptovalyutanın dondurulmasına gətirib
çıxarıb.
“Biz Tehranın ölkədən kənara çıxarmağa çalışdığı bütün
vəsaitləri izləyəcəyik, həmçinin rejimlə əlaqəli bütün maliyyə
dəstək kanallarını hədəfə alacağıq”, – deyə nazir əlavə edib.

