
Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS
hərəkatının bir neçə silahlı üzvünün məhv edildiyini açıqlayıb.
Trend xəbər verir ki, bu
barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilib:
“Əsgərlər Qəzza zolağının şimalında İsrail qüvvələrinin
yaxınlığında silahlı HƏMAS üzvlərini aşkar ediblər. Təhlükəni
aradan qaldırmaq məqsədilə onlar hava zərbəsi ilə
zərərsizləşdirilib”.
Qurum əlavə edib ki, zərbədən əvvəl mülki əhaliyə zərər vurma
riskini azaltmaq üçün bir sıra tədbirlər görülüb. Bunlara dəqiq
idarə olunan sursatlardan istifadə və hava müşahidəsinin aparılması
daxildir.

