Argentina millisinin üzvü “Tottenhem”lə anlaşdı

Baş səhifə

Bakı. Trend:

“Bornmut”un müdafiəçisi Markos Senesi İngiltərədə klubunu
dəyişməyə yaxındır.

Trend xəbər verir ki, “Tottenhem” klubu ilə müqaviləsi yayda başa çatan argentinalı
futbolçu ilə razılıq əldə edib. Bu barədə “Sky Sports” televiziyası
məlumat yayıb.




Senesi London klubunun təklifini qəbul edib. 28 yaşlı mərkəz
müdafiəçisinin keçidinin tamamlanması üçün yeganə şərt “Toottenhem”in Premyer Liqada qalmasıdır. Paytaxt təmsilçisi
hazırda turnir cədvəlinin 18-ci pilləsində yer alıb.

Qeyd edək ki, Markos Senesi 2022-ci ilin yayından “Bornmut”da
çıxış edir. Argentina millisinin üzvü bu mövsüm “albalılar”ın
heyətində meydana çıxdığı 35 rəsmi matçda 5 qol ötürməsi ilə yadda
qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir