“Atletiko” Braziliya millisinin üzvünü transfer etmək istəyir

Baş səhifə

Bakı. Trend:

“Vulverhempton”un yarımmüdafiəçisi Joao Gomes karyerasını
İspaniya La Liqasında davam etdirə bilər.

Trend xəbər verir ki, “Atletiko” braziliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə “Talksport” məlumat yayıb.




İngiltərə klubu Qomes üçün 45 milyon avro tələb edir. “Atletiko”
25 yaşlı oyunçunu yayda heyətinə qatmağa çalışacaq.

Qeyd edək ki, “Vulverhempton” Joao Qomesi 2023-cü ilin
yanvarında “Flamenqo”dan 18 milyon avroya transfer edib. Braziliya
millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində
meydana çıxdığı 37 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə
yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir