
Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, dünya siyasətində
Avropaya qarşı mövqe sərgiləyən əsas liderlər sırasında Rusiya
Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin
rəhbəri Si Cinpin yer alır.
Trend xəbər verir ki, o, bu
fikirləri Yunanıstana səfəri çərçivəsində “France 24” telekanalına
verdiyi müsahibə zamanı səsləndirib.
Makronun sözlərinə görə, adı çəkilən liderlər müxtəlif
səviyyələrdə Avropanın maraqlarına zidd addımlar atırlar və hazırkı
geosiyasi qarşıdurma kifayət qədər ciddi xarakter daşıyır.
Bununla yanaşı, Fransa prezidenti vurğulayıb ki, ABŞ hələ də
Avropa üçün müttəfiq olaraq qalır, lakin Vaşinqtonun mövqeyi
əvvəlki dövrlərlə müqayisədə daha az sabit və
proqnozlaşdırılandır.

