“Ryanair” “Lufthansa”dan 200 milyon avro tələb edib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın “Lufthansa” aviaşirkəti Avropa məhkəməsində
“Ryanair” ilə mübahisədə apellyasiyanı uduzub.

Trend xəbər verir ki, məhkəmə
Avropa Komissiyasının pandemiya dövründə “Lufthansa”ya verilən
dövlət yardımını qanunsuz sayan əvvəlki qərarı qüvvədə
saxlayıb.




“Ryanair” bu qərarı müsbət qiymətləndirərək şirkətdən 200 milyon
avronun geri ödənilməsini tələb edib. Bildirilir ki, Almaniya
hökumətinin ayırdığı maliyyə yardımı bazarda rəqabət mühitinə mənfi
təsir göstərib.

“Lufthansa” isə açıqlamasında qeyd edib ki, qəbul olunan qərarı
nəzərə alır və Avropa Komissiyası ilə aparılan araşdırma
çərçivəsində prosesdə iştirakını davam etdirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir