
Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start
veriləcək.
Trend xəbər
verir ki, günün ilk oyununda “İmişli” “Sumqayıt”ı qəbul edəcək.
Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq görüş saat
16:00-da başlayacaq. Qonaqlar 35 xalla 7-ci, nominal meydan
sahibləri isə 29 xalla 9-cu yerdədir.
Günün son görüşündə “Qəbələ” “Araz-Naxçıvan”la üz-üzə
gələcək.
Matç saat 18:30-da start götürəcək. Naxçıvan klubu 39 xalla
6-cı, “Qəbələ” isə 19 xalla 11-ci yerdədir.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.

