
Bakı. Trend:
“X” sosial şəbəkəsi XChat adlı öz messencerini istifadəyə
verib.
Trend xəbər verir
ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Hazırda tətbiqi yalnız “iOS” platformasında yükləmək mümkündür. “Android” üçün versiyanın isə bir qədər sonra təqdim olunacağı
bildirilir. Qeydiyyat sosial şəbəkə “X”də mövcud hesab vasitəsilə,
telefon nömrəsindən istifadə etmədən həyata keçirilir.
Tərtibatçılar messencerdə ikitərəfli şifrələmənin tətbiq
olunduğunu bildiriblər. Anons edilən funksiyalar sırasında audio və
videozənglər, fayl göndərmə imkanı və qrup çatlarının yaradılması
da yer alır. Bundan əlavə, tətbiq daxilində ekran görüntüsünün
(screenshot) alınmasının bloklanması funksiyası ayrıca
vurğulanır.
Xidmətin digər xüsusiyyətləri arasında daxili süni intellekt “Grok”, yoxa çıxan mesajlar rejimi və reklamın olmaması qeyd
olunur.

