Diplomatiya, yoxsa taktika? – Tehrandan Vaşinqtona sual

Baş səhifə

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin diplomatik proseslərə nə dərəcədə ciddi yanaşdığının hələ dəqiq olmadığını bildirib.

Modern.az xəbər verir ki, nazir bu fikirləri Pakistan səfərindən sonra “X” sosial şəbəkəsində paylaşıb.

Onun sözlərinə görə, İslamabadda Şahbaz Şəriflə görüş zamanı İrana qarşı müharibənin dayandırılması üçün mümkün çərçivə mexanizmləri müzakirə edilib.

Əraqçi qeyd edib ki, Pakistanın regionda sülhün bərpasına yönəlmiş təşəbbüsləri və qardaşlıq mövqeyi yüksək qiymətləndirilir: “Bu ölkəyə olduqca məhsuldar səfər reallaşdırdıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir