
Bakı. Trend:
Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmada
ABŞ administrasiyasının heç bir rəsmisi xəsarət almayıb.
Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp “Truth
Social” sosial şəbəkəsində yazıb.
“Birinci xanım [Melaniya Tramp], vitse-prezident [Cey Di Vens]
və Nazirlər Kabinetinin bütün üzvləri ideal vəziyyətdədirlər”, –
deyə o yazıb.

