DİM aqrar sığorta sahəsi üzrə sertifikat almaq istəyənlər üçün imtahanı keçirəcək

Baş səhifə

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aqrar sığorta fəaliyyəti
üzrə müstəqil ekspert sertifikatı almaq istəyən və Aqrar Sığorta
Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş namizədlər
üçün bu gün test imtahanı keçiriləcək. İmtahan DİM-in elektron
imtahanlar korpusunda təşkil ediləcək.

DİM-dən Trend
bildirilib ki, imtahan vermək üçün 23 namizəd müraciət edib.




İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn
şəxslər imtahana buraxılmayacaq.

İmtahana gələn şəxslər imtahana buraxılış vərəqəsini və
şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən
sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda
həmin şəxs imtahana buraxılmayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir