
Bakı. Trend:
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Oman körfəzində İran gəmisini
ələ keçirdiyini açıqlayıb.
Trend-in
məlumatına görə, gəminin milyardlarla dollar dəyərində neft və
təbii qaz məhsulları daşıdığı bildirilir.
Mərkəzi Komandanlıq blokadanın başlanmasından bəri 37 İran
gəmisinin saxlanıldığını və İrana qarşı blokadanın davam edəcəyini
bildirib.

