Azərbaycan dünyaya nümayiş etdirdi ki, əsas hədəf ədalətin bərpası və dayanıqlı sülhdür – Kamal Cəfərov

Baş səhifə

Bakı. Trend:

Azərbaycan və Latviya arasında mövcud olan dostluq və
tərəfdaşlıq münasibətləri qarşılıqlı etimad və mühüm iqtisadi
maraqlar üzərində qurulub. Bu əməkdaşlıq həm ikitərəfli səviyyədə,
həm də beynəlxalq arenalarda uğurla davam etdirilərək hər iki
ölkənin milli maraqlarına və regional inkişafa xidmət edir.

Latviya Prezidentinin ölkəmizə səfəri çərçivəsində Cənubi Qafqaz
və Baltik regionlarında təhlükəsizlik məsələləri, regional inkişaf
və ətrafda baş verən hadisələr geniş müzakirə olunub. Prezident
İlham Əliyev mətbuata bəyanatında Azərbaycan və Ermənistan
arasındakı sülh prosesinə dair ən son məlumatları çatdıraraq ötən
ilin avqustunda Ağ Evdə imzalanan Birgə Bəyanatdan və sülh
sazişinin mətninin paraflanmasından sonra bölgədə artıq de-fakto
sülhün bərqərar olduğunu diqqətə çatdırıb.

Bu fikirləri Milli Məclisin deputatı Kamal Cəfərov Trend-ə açıqlamasında qeyd edib.

O bildirib ki, Ermənistanla münasibətlərdə yaranmış yeni mənzərə
məhz Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin və
müdrikliyinin nəticəsidir:

“Ötən ilin avqustundan etibarən müşahidə edilən de-fakto sülh,
ticarət əlaqələrinin bərpası və yanacaq təchizatı kimi bir sıra
görülən işlər Azərbaycanın sülh gündəliyinin real fəaliyyətə
əsaslandığını sübut edir. Ölkəmizin tətbiq etdiyi sülh modeli
hazırda müharibə şəraitində olan digər dövlətlər üçün ideal çıxış
yolu hesab olunmalıdır”.

Deputat təhsil sahəsindəki əlaqələrə toxunaraq vurğulayıbki,
450-dən artıq azərbaycanlı gəncin Latviyada ali təhsil alması
xalqlararası münasibətlərin gələcəyinə möhkəm zəmin yaradır.

“Gündəmdə olan birbaşa uçuşların bərpası məsələsi qarşılıqlı
turizm imkanlarını və biznes əlaqələrini də genişləndirəcək. Bunlar
isə Azərbaycanın regiondakı tranzit və logistik mərkəz mövqeyini
əhəmiyyətli dərəcədə gücləndirəcəkdir”, – deyə Kamal Cəfərov qeyd
edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir