Bakıda yük maşınları toqquşub (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda yol-nəqliyyat
qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə
qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin
xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Mercedes
Sprinter” və “Shacman” markalı avtomobillərin iştirakı ilə yol-qəza
hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış
avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.




Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə “Mercedes Sprinter” markalı avtomobilin sürücüsü, 1988-ci il
təvəllüdlü Cavadov Orxan Əlicavad oğlunu xilas edərək təcili tibbi
yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma
aparılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir