Cəlilabadda şagirdlər qəzaya düşdü, yeddisi xəsarət aldı

Baş səhifə

Cəlilabadda baş verən yol qəzası nəticəsində yeddi nəfər yaralanıb.

Modern.az xəbər verir ki, hadisə Zopun kəndində qeydə alınıb. Qəza zamanı iki minik avtomobili toqquşub.

Nəticədə 1977-ci il təvəllüdlü Zaur Tahirov, 1999-cu il təvəllüdlü Yusif Nəzərov, 2002-ci il təvəllüdlü Hüseyn Zeynalov, 2002-ci il təvəllüdlü Samir Seyfullayev və 2012-ci il təvəllüdlü H.T. xəsarət alıb.

Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub. Faktla bağlı araşdırma aparılır.

(Report)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir