
Bakı. Trend:
Türkiyə Superliqasında XXXI turun mərkəzi oyunu keçirilib.
Trend-in
məlumatına görə, çempionluq uğrunda mübarizə aparan “Qalatasaray”
və “Fənərbağça” komandaları “Rams Park” stadionunda qarşılaşıb.
Görüş ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
“Qalatasaray”ın heyətində qolları Viktor Osimhen, Barış Alper
Yılmaz və Lukas Torreyra vurublar. “Fənərbağça”da Anderson Talişka
14-cü dəqiqədə penaltidən yararlana bilməyib. Qonaqlar 62-ci
dəqiqədə isə azlıqda qalıblar. Qapıçı Ederson ikinci sarıdan
qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarını 74-ə çatdıran “sarı-qırmızılar”
çempionluq yolunda vacib addım atıb. “Sarı-lacivərdlilər” isə 67
xalla 2-ci pillədə qalıblar.
Qeyd edək ki, günün digər matçında “Gənclərbirliyi” evdə “Kocaelispor”u 1:0 hesabı ilə məğlub edib.

