Bukingem sarayı: Silahlı insidentə baxmayaraq III Çarlzın ABŞ səfəri plan üzrə keçiriləcək

Baş səhifə

Böyük Britaniya kralı III Çarlzın ABŞ-a dövlət səfəri Vaşinqtonda baş verən silahlı insidentə baxmayaraq plan üzrə baş tutacaq.

APA xəbər verir ki, bu barədə Bukingem sarayı məlumat yayıb.

Məlumata görə, hər iki tərəfdə aparılan məsləhətləşmələrdən və hökumətin tövsiyəsindən sonra səfərin dəyişdirilməməsi qərara alınıb.

Qeyd edək ki, səfər 27–30 aprel tarixlərini əhatə edir.

III Çarlzın Konqresdə çıxışı və Ağ Evdə Donald Tramp tərəfindən qəbul olunacağı planlaşdırılır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir