Mali hökuməti müdafiə nazirinin öldürüldüyünü təsdiqləyib

Baş səhifə

Bakı. Trend:

Malinin müdafiə naziri Sadio Kamara öldürülüb.

Trend-in
məlumatına görə, bu barədə dövlət televiziyasında hökumət sözçüsü
İssa Usman Kulibali məlumat verib.




Onun sözlərinə görə, Kamara aprelin 25-də yaraqlıların hücumu
nəticəsində həlak olub. Hücumçular nazirin yaşadığı evə basqın
ediblər.

Aprelin 26-da “Jeune Afrique” jurnalı da nazirin ölümü barədə
məlumat yayıb. Bildirilir ki, paytaxt Bamakonun ətrafındakı Kati
hərbi bazasında, müdafiə nazirinin iqamətgahı yaxınlığında
partlayıcı maddələrlə yüklənmiş yük maşını partladılıb. Hadisə
nəticəsində nazirin həyat yoldaşı və iki nəvəsi də həlak olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir