Azərbaycanda bala dair yeni qaydalar hazırlanır

Baş səhifə

Bakı. Trend:

Azərbaycanda bala dair sanitariya norma və qaydaları təsdiq
ediləcək.

Trend-in əldə
etdiyi məlumata görə, bununla bağlı müvafiq texniki normativ hüquqi
akt layihəsi artıq hazırlanıb və aidiyyəti qurumlarla
razılaşdırılma mərhələsindədir.




Layihəyə əsasən, filtrlənmiş və bişirmə bal istisna olmaqla
bal istehsal edildiyi bölgənin bitki örtüyünə xas
xüsusiyyətləri daşıyırsa, məhsulun adının həmin coğrafi bölgənin
coğrafi və ya topoqrafik adı ilə birgə yazılmasına yol
veriləcək
.

Qeyd edək ki, filtrlənmiş bal kənar üzvi və ya
qeyri-üzvi maddələrin filtrasiya yolu ilə kənarlaşdırılması
vasitəsilə çiçək tozcuğu tərkibi azaldılmış baldır. Bişirmə
balı
isə sənayedə və ya sonradan emal edilən qida
məhsullarının inqrediyenti kimi istifadəsi nəzərdə tutulan, kənar
dad və qoxuya malik, qıcqırmağa başlamış, qıcqırmış və ya yüksək
temperaturda emal olunmuş bal hesab edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir