
Bakı.Trend:
Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində bədbəxt hadisə baş
verib.
Trend-in
məlumatına görə, hadisə aprelin 26-da qeydə alınıb.
Belə ki, kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz
oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq qalan
hissəsinə toxunarkən cərəyan vurması nəticəsində həyatını
itirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

