Azərbaycanda tibbi reqlamentlərin siyahısını əhatə edən layihə hazırlanıb

Baş səhifə

Bakı. Trend:

Tibbi reqlamentlərin siyahısını əhatə edən layihə
hazırlanıb.

Trend xəbər
verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin
Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin
hüquq şöbəsinin müdiri Akif Əfəndiyev “Texniki normativlərin
təkmilləşdirilməsi üzrə “Dəyirmi masa”da çıxışı zamanı deyib.




O bildirib ki, hazırda Kordinasiya Komissiyasının prioritet
məsələlərindən biri monitorinq qrupunun təkmilləşdirilməsidir: “İndiyə qədər Nazirlət Kabintetinin təsdiq etdiyi 20-yə yaxın
normativ hüquqi aktın qəbulu istiqamətində layihələrin hazırlanması
prosesi həyata keçirilir. Eyni zamanda tibbi reqlamentlərin
hazırlanması işləri görülür. Bu barədə dövlət qrumlarında kifayət
qədər məlumat var. Tibbi reqlamentlər üzrə siyahı razılaşdırılması
üçün dövlət qurumlarına göndərilib. Artıq layihə forması
razılaşdırılıb”.

O əlavə edib ki, nəzarət orqanı təkbaşına bu istiqamətləri
müəyyənləşdirə bilməz. Bu istiqamətdə vahid dövlət reyesterinin
aparılması, normativ hüquqi bazanın təkmilləşdirilməsi
istiqamətində məsələlər öz həllini tapır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir