
Bakı. Trend:
Rusiyanın paytaxtı Moskvada güclü qar çovğunu yerli hava
limanlarından uçuş həyata keçirən aviaşirkətlərin qrafiklərində
dəyişikliklərə səbəb olub.
Trend bu barədə
Rusiya mediasına istinadən xəbər verir.
Məlumata görə, aprelin 26-dan 27-nə keçən gecə 50-dən çox
təyyarə paytaxtda qalıb. Onlar əlverişsiz hava şəraiti, güclü qar
yağıntısı və görünüş məsafəsinin min metrdən az olması səbəbindən
uça bilməyib.
Hazırda Vnukovo Airport hava limanında reyslər təxirə
salınır.
“Bu reyslərin sərnişinləri təyyarələrdən endirilib və terminalda
hava şəraitinin yaxşılaşmasını gözləyirlər”,- hava limanının
mətbuat xidməti bildirib.
Qeyd olunur ki, uçuşları gecikdirilən sərnişinlərə “Federal
Aviasiya Qaydaları” çərçivəsində zəruri xidmətlər göstərilir.
Qeyd edək ki, ötən gün Moskvaya bir gün ərzində aylıq yağıntı
normasının yarısı düşüb. Meteoroloqun proqnozuna əsasən, qar
yağıntısı mayın əvəllərinə qədər səngiməyəcək.

