ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!

Baş səhifə

Bakı. Trend:

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri
üçün tədbir keçirib. Tədbirdə Bankın 80-dən çox korporativ, kiçik
və orta biznes müştərisi iştirak edib. Onlara ABB-nin bizneslər
üçün yaratdığı yeni məhsul və xidmətlər haqqında geniş məlumat
verilib. Bankın müxtəlif layihələri barədə maraqlı təqdimatlar
olub. O cümlədən Bankın korporativ kartı və İslam bankçılığı aləti
olan “Murabaha” məhsulu, “Fayda biznes” loyallıq proqramı, Ticarət
və Təchizat zənciri platformaları, Flydesk xidməti müştərilərə
təqdim edilib. İş adamlarını maraqlandıran çoxsaylı suallar
cavabandırılıb. Tədbirin sonunda onlayn müsabiqə keçirilib və 10
qalib mükafatlandırılıb. Görüş işgüzar şam süfrəsi arxasında davam
edib.

Qeyd edək ki, 2016-cı ildən bəri hər il 25 aprel günü
Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu, ölkəmizin
sosial-iqtisadi həyatında sahibkarların roluna verilən böyük dəyər
kimi cəmiyyətimizdə iş adamlarına dəstək əhval-ruhiyyəsini
yüksəldir, biznes mədəniyyətini gücləndirir.




ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet
səhifəsi https://abb-bank.az/,
937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən
əldə etmək mümkündür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir