
Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 27-də keçirilən
plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi
müəyyənləşib.
Trend-in
məlumatına görə, MSK-nın əvvəlki tərkibində üzv olan bəzi şəxslər
yeni tərkibdə yer almayıblar.
Belə ki, aşağıdakı şəxslər 2026-cı il aprelin 27-də
formalaşan MSK-nın yeni tərkibində təmsil olunmayacaqlar:
- Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun
namizədliyini təqdim edən siyasi partiyanı təmsil edən
Şaitdin Əliyev; - Milli Məclisdə deputatları çoxluq təşkil edən və onun
namizədliyini təqdim edən siyasi partiyanı təmsil edən
Validə Kazımova; - Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan və onun
namizədliyini təqdim edən deputatları təmsil edən Nizami
Nadirxanlı.

